ABŞ terror təşkilatı PKK ilə mübarizədə Türkiyənin yanında olduğunu açıqladı

Amerika Birləşmiş Ştatları (ABŞ) separatçı terror təşkilatı PKK ilə mübarizədə NATO müttəfiqi Türkiyə və türk xalqının yanında olmağa davam edəcəyini açıqladı.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuata açıqlamasında PKK-nın ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanındığını bildirib.
Bir jurnalistin “ABŞ NATO müttəfiqi Türkiyənin terror qruplaşması kimi tanıdığı qruplaşmayla münasibətlərini necə davam etdirməyi planlaşdırır”şəklindəki sualını cavablandıran Metyu Miller bildirib ki, ABŞ terror təşkilatı PKK ilə mübarizədə NATO müttəfiqi Türkiyə və türk xalqının yanında dayanmağa davam edəcək”.
Metyu Miller ABŞ-ın Türkiyənin paytaxtı Ankarada törədilən terror aktını “qətiyyətlə” pislədiyini və yaralılara şəfa dilədiyi bildirilib.