“Ailələrə Dayaq” Xeyriyyə İctimai Birliyi 2023-cü il aprelin 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Valideynlərin funksiya və öhdəliklərində yaranan problemlərin həllində maarifləndirmə kampaniyasının keçirilməsi” adlı layihə tədbirlərini Masallı Dövlət Regional Kollecində, aprelin 14-də isə Lənkəran şəhərində “Mərkəzləşdirilmiş Kitabxana Sistemi”nin zalında keçirmişdir. Tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli auditoriyada ümumilikdə 100-dən çox iştirakçıya seminarlar keçirilib. İştirakçılar əsasən tələbə və valideynlərdən ibarət idi.
Tədbirlərdə giriş nitqi ilə çıxış edən layihə rəhbəri Natəvan Əliyeva onların fəaliyyəti üçün yaradılan şəraitə görə rayon icra hakimiyyətlərinin nümayəndələrinə, kollec və kitabxana rəhbərliyinə minnətdarlıq edib. Daha sonra layihə rəhbəri tədbir iştirakçılarına daha geniş məlumat verməsi üçün sözü təlimçi Şəfa Əmirovaya verdi. Təlimçi öz növbəsində layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verdi. Tədbirlər zamanı layihə ilə bağlı məlumatlandırıcı bukletlər, kitabçalar, dəftərxana ləvazimatları, üzərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin loqosu və “Ailələrə Dayaq”Xeyriyyə İctimai Birliyinin loqosu olan papaq və köynəklər paylanılıb.