-Cəmiyyəti ən böyük insanlıq faciəsindən qurtarmağın yeganə yolu elmlə əldə edilən biliklər, qarşılıqlı sevgi, məntiqi yanaşma, mənəvi dəyərlərdir.
Amma nədənsə bu yolda yürüyənlər keçməkeşdən keçir, əziyyətlər çəkir, “sağlığında dəyəri” verilmir, fikirləri dəstəklənmir…
Sabir demişkən, “səs salma yatanlar ayılar, qoy, hələ yatsın”… Tarixin bütün dövrlərində cəmiyyətin gözünü açan əsl alimə qarşı aparılan qarayaxma, ləkələmə kompaniyası aparmaq, onu aradan götürmək hər zaman aktualdır…
Repressiya qurbanları…
Səbəb nədir? Düşünən beyindən qorxmaq yox, qorumaq lazımdır. Bizi cəhalətin qaranlıq dünyasından işıqlı gələcəyə aparan yeganə ünvan – Aydınlar!
P.S. “Bir həsir, bir Məmmədnəsir” frazeoloji ifadəsi maddiyyatı kasıb olanlar üçün deyilsə də, mənəviyyatı zəngin olanlar üçün “bir qələm, bir beyin” prinsipi nə qədər də əlçatmazdır…