90 il…Vətən sənə oğul dedi…Vətən və Ana sevgisi qəlbində tüğyan etdi, kök saldı. “Mənim şeirlərimin mayası anamdan başlayıb”, – deyən Məmməd Araz o anları belə xatırlayırdı: «Rəhmətlik şeiri mənə oxudardı, xoşuna gəlməyəndə deyərdi: “Bunda mənim südüm yoxdu»…Dünyalar qədər istədiyi anası Cahan xanım dünyasını dəyişəndə bu ağır zərbədən sarsılan şair soruşanlara “ananın yaşı olmaz, ölçülməz”, deyərək “ana itirmişəm ana yaşında” narazı dərdini bölüşürdü:
Mənə də taleyin yumruğu dəydi.
Düzü, acığıma gəlir, bəzisi
Soruşur, mərhumun yaşı neçəydi?
– Bilmirəm… düşmüşdü saçlarına dən,
Dolaşır sualla, cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ana yaşında…
Tək bir sözün axtarışında oldun. Hər sözün öz çəkisi, hər sözün öz yeri, hər sözün öz məqamı, hər sözün öz hökmü var… Bu sözdən Məmməd Araz dünyası, nadir inciləri yarandı…Nə bilim…
Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim…
Sevgi və sayqı ilə yad edirik. Ruhun şad olsun!