-Bu problemin olacağını deyirdik. Amma eşidilmirdik. Artıq rus bölmələrində ciddi müəllim çatışmazlığı özünü göstərir. Dəyərli gənc həmkarlarımdan biri buna görə şikayətlənir ki, rus bölməsində uşağa azərbaycan dili müəllimi dərs keçməli olur. Çünki rusdilli müəllim yoxdur.
Dəyərli izləyicilər. Bu problem hələ irəlidəki illərdə daha qabarıq şəkildə özünü göstərəcək. Axı rus dili Azərbaycan üçün ölüb! Özü də çoxdan. Nə olsun ki, hələ də rus dilindən əl çəkmək istəməyənlər var? Ölüb də bu dil, ölüb. Tam əsaslı və məntiqlidir bu durum özü də. Sovetlər, əslində işğalçı rus imperiyası sərhədlərimizdən cəhənnəm olandan sonra onun zorla sırıdığı qalıqları da yavaş-yavaş yox olmalıydı, olur da. Ona görə də nə qədər gec deyil, uşaqlarınızı rus bölməsindən ayırın. Ayırmasanız yuxarı siniflərdə lap çətin olacaq onlara. Bir tərəfdən keyfiyyətli rusdilli müəllim çatışmazlığı, digər tərəfdən də uşağınızın öz ana dilindən ayrı düşməsi onun sabahını sual altına qoyur. Bizdən demək. Eşidib-eşitməmək də sizlikdir.