Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi layihənin icrasını davam etdirir

“Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2023-cü il kiçik qrant müsabiqəsi ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə” istiqaməti üzrə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olaraq, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının təşkili barədə gənc sahibkarların maarifləndirilməsi” adlı layihənin icrasını davam etdirir.

Layihənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının müasir vəziyyətini geniş təhlil edib, onun inkişaf istiqamətlərini müəyyənləşdirməkdən və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının idarəolunması və tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər hazırlayıb gənc sahibkarları maarifləndirməkdən ibarətdir.

Layihənin icrası müddətində rolap, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynək və papaqlar çap olundu. Layihə çərçivəsində Qax və Zaqatala rayonlarında maarifləndirici və təbliğedici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində dəftərxana ləvazimatları, qısaqol köynək və papaqlar paylanılacaqdır. İkinci hissədə isə mövzu ilə bağlı müzakirələr aparılacaq, ünvanlanan suallara cavablar veriləcəkdir. Layihənin müddəti 3 aydır.