Biz Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasını keçirdik. İclasda ikitərəfli və yüksək səviyyəli görüşlər, layihələr barədə danışdıq.
bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O bildirib ki, iki ölkənin Xarici İşlər nazirliklərinin və hökumətlərarası komissiyanın iclası mütəmadi şəkildə keçirilir.
Nazir qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında BMT, NATO, ATƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyəti var.