Azərbaycanda partiya sədri dələduzluğa görə həbs edildi

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

Bax-az.info Trend-ə istinadən bildirir ki, məlumatına görə, onun barəsində Nərimanov Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

Məlumata görə, Anar Əsədli dələduzluqda təqsirləndirilib və barəsində cinayət işi başlayıb. Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir.