İyunun 6-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində şahmat üzrə yeni superturnirə start veriləcək.
İştirakçılar reytinqə əsasən üç müxtəlif turnirdə yarışacaqlar. Ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” bölümündə Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Rixard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digərləri yarışacaqlar.
Superturnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaqlar. Yarışa iyunun 14-də yekun vurulacaq.