BMT:”İsrailin əməliyyatı humanitar yardımların çatdırılmasına mane olur”

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzza zolağının şimalında həyata keçirdiyi quru əməliyyatı ilə 300 minə yaxın fələstinliyə humanitar yardımın çatdırılmasına mane olduğunu açıqlayıb.
BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) internet səhifəsində edilən paylaşımda Qəzzadakı vəziyyətlə bağlı məlumat verilib.
Paylaşımda bu ifadələrə yer verilib:”İsrail Qəzzanın şimalında həyata keçirdiyi quru əməliyyatı  ilə təxminən 300 min köçkünə humanitar yardımın çatdırılmasının qarşısını alır”. 
Paylaşımda Qəzza zolağında xərçəng xəstələrinin müalicə olunduğu yeganə xəstəxananın fəaliyyətini dayandırmasından sonra 70 xərçəng xəstəsinin ölüm təhlükəsi ilə üzləşdiyi vurğulanıb.
Xatırladaq ki, ”Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ”Dəmir qılınclar” əməliyyatına başladığını bildirib.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verdi.