BOL VİTAMİNLİ MİMOZA SALATI

10 pay üçün

Ərzaqlar

  • 450 qram dərisiz və sümüksüz toyuğun döş əti
  • 1/2 stəkan xırda doğranmış qoz ləpəsi
  • 4 ədəd orta boy kartof
  • 4 ədəd bişmiş yumurta (ikisinin sarısını üstü bəzəmək üçün ayırın)
  • 3 ədəd orta boy yerkökü
  • Duz
  • 6-8 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6-8 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
  • Şüyüd, üstü üçün
  • Rəndələnmiş Holland pendiri, üstü üçün
  • 2 bişmiş yumurtanın sarısı

Hazırlanması

1. Toyuq ətini bir çimdik duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda əlinizlə didin.

2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Ayırdığınız 2 yumurta sarısını sürtgəcin xırda gözündən keçirin.

3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun üçdə biri
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı

4. Layları eyni şəkildə davam edin. Ən üstdə qalan üçdə bir kartof olmalıdır.

5. Axırıncı layın üstünə və istəyə görə salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin. Şüyüd yarpaqları və yumurta sarısı ilə salatı bəzəyin (videoya baxın).

6. Soyuducuda ən az 1 saat saxladıqdan sonra süfrəyə verin.