Çempionlar Liqasında həyəcan başlayır

UEFA Çempionlar Liqasında 2023-24 mövsümünə bu gün keçiriləcək qrup oyunları ilə start veriləcək

Çempionlar Liqasında həyəcan başlayır…

UEFA Çempionlar Liqasında 2023-24 mövsümünə bu gün keçiriləcək qrup oyunları ilə start veriləcək.

Türkiyədən “Qalatasaray”ın mübarizə apardığı nəhəng tədbirin final oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda oynanılacaq.

Çempionlar Liqasında 8 qrupda cəmi 32 komanda son 16 komanda arasında yer almaq üçün mübarizə aparacaq.

Hazırkı formatla sonuncu dəfə keçiriləcək turnir gələn ildən “İsveçrə modeli”nə keçəcək.

Komandaların sayı 32-dən 36-ya yüksələcək və ümumilikdə 125 deyil, 189 oyun keçiriləcək.