Çin və Hindistan Himalay dağı ilə bağlı razılaşdılar

Çin və Hindistan Himalay dağlarının mübahisəli sərhəd bölgələrində gərginliyi həll etmək üçün danışıqların yeni raundundan sonra sülh və sakitliyi qorumaqla bağlı razılaşdıqlarını bildiriblər.

  İki ölkənin orduları arasında sərhəd gərginliyini azaltmaq məqsədilə korpus komandirləri səviyyəsində keçirilən 19-cu görüşdən sonra tərəflərin yaydığı birgə bəyanatda deyilir: “Qərb sektorunda qalan problemlərin həlli ilə bağlı razılığa gəlindi. De-fakto Nəzarət Xətti (LAC) dərhal həll edilməlidir. İki tərəf o vaxta qədər sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması ilə bağlı razılaşdı”.

  Xatırladaq ki, avqustun 14-15 tarixlərində iki ölkə arasında münaqişə predmeti olan sərhədyanı bölgələrdə gərginliyin azaldılması üçün Çuşul sərhəd bölgəsinin Hindistan tərəfində danışıqların 19-cu raundu keçirilib. 2020-ci ildən bəri keçirilən 18 raund danışıqlar nəticəsində tərəflər gərginliyə səbəb olan 3 rayondan qoşunların qarşılıqlı çıxarılması barədə razılığa gəliblər. Apreldə keçirilən danışıqların 18-ci raundunda Depsan yaylası və Demçok bölgəsindən çəkilmə ilə bağlı razılıq əldə oluna bilmədi. Danışıqların yeni raundunda sözügedən bölgələr üzrə hələlik razılığın əldə olunmayıb.