E.Blinken: -“Bu razılaşma ABŞ-ın İrana ümumi münasibətini dəyişməyəcək”

 Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bildirib ki, amerikalı məhbuslarla bağlı İranla razılaşma bu ölkəyə qarşı ümumi münasibəti dəyişməyəcək.

  Paytaxt Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran E.Blinken ABŞ-ın İrana ümumi yanaşması ilə bağlı “Heç nə dəyişməyib, çəkindirmə, təzyiq və diplomatiya prosesi davam edir” deyib: “ABŞ İranın heç vaxt nüvə silahı olmaması öhdəliyinə sadiqdir. Rejim insan haqlarının pozulması, regionda sabitliyi pozan hərəkətləri, terrorizmi maliyyələşdirməsi və Rusiyaya pilotsuz təyyarələr verməsinə görə məsuliyyət daşıyır.

  Avqustun 15-də İranda saxlanılan 5 amerikalı ailə ilə danışdıq. Adamlarımızın ev dustaqlığına buraxılması müsbət addımdır, lakin onlar hələ evlərində deyillər.

  İranın Cənubi Koreyadakı maddi varlığı Amerika vergi ödəyicilərinə deyil, bir neçə ildir Cənubi Koreya banklarında olan İranın öz pullarına aiddir.

  Əvvəlki hökumət bir neçə ölkəyə İrandan neft almağa və bu vəsaitləri şəxsi hesablara qoymağa davam etməyə icazə verib.

  İran Cənubi Koreya banklarındakı pullarını yalnız humanitar ehtiyaclar üçün istifadə etməlidir”.