Amerikalı milyarder Elon Mask ABŞ prezident seçkilərində Respublikaçı partiyanın namizədi Donald Trampın seçki kampaniyasına son 3 ayda ümumilikdə 75 milyon dollar ianə edib. Federal Seçki Komissiyasının (FEC) yenilənmiş məlumatlarına görə, o, 2024-cü il iyul-avqust-sentyabr aylarını əhatə edən dövrdə Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar bağışlayıb.
Dəstəyini dəfələrlə dilə gətirən və qısa müddət əvvəl Respublikaçı namizədin seçki mitinqində iştirak edən E.Mask D.Trampın yay dövründə aldığı gəlirlərin artmasında təsirli olub.
FEC-in son məlumatlarına görə, Demokratların namizədi Kamala Harris son 3 aylıq dövrdə ümumilikdə 678 milyon, Respublikaçıların namizədi Donald Tramp isə 310 milyon dollar yardım toplayıb.