Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti, bəzi yerlərdə isə 38° isti olacağı proqnozlaşdırılıb.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraiti yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 33-38° isti olacaq. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 12-17°, gündüz 23-28° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 12-17°, yüksək dağlıq ərazilərdə 7° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq. Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacağı, şərq küləyi əsəcəyi proqnozlaşdırılıb. Havanın temperaturu gecə 17-21°, gündüz 33-38° isti olacaq.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı güman edilir.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24°, gündüz 35-38° isti, bəzi yerlərdə 40° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 32-37° isti, dağlarda gecə 16-19°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.