Naxçıvanda QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, MR-də səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisələri yaradılıb.

Bax-az.info APA-ya istinadən xəbər verir ki, yeni yaradılan müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzidir. Mərkəzin yaradılması Naxçıvanda QİÇS-lə mübarizə sahəsində müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsi, İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparmaq, yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi məqsədi daşıyır.