OCOS MƏHKƏMƏSİ
GÜLARƏ ABDULLAYEVA: “Baxşəliyeva Aygün HAKİMLƏ əlbir olub hamını ağır duruma salıb “

       GÜLARƏ ABDULLAYEVA: -“Baxşəliyeva Aygün HAKİMLƏ əlbir olub hamını ağır duruma salıb “

        Bakı Ağır Cinayətlər Məhkəməsində gedən Ocos prosesi ilə bağlı son aylar informasiya qıtlığı yaşanır. Əvvəllər şikayətçi olmayan şəxslərdən Ocos məhkəməsinə 50, 30 ən azı 15 nəfər qatılırdı. Artıq elə gün olur ki, heç 1 nəfər  də iştirak etmir, çünki özünü “aktiv, əsil zərərçəkmiş” elan edən Baxşəliyeva Aygün İsgəndər qızı, Hacıyeva Günay Məhəmmədəli qızı, Vəliyeva Səbinə Telman qızı, Əliyeva Dilşad Etibar qızı, Müsayeva Sevinc Əjdər qızı, Həsənova Dilarə, Qarayev Ramin Babamir oğlu, Sadıqov Rafail, Sərxanov Samir  və digər dəstə üzvləri  sosial şəbəkələrdə, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Polisin gözü önündə davamlı şəkildə insanların qəsdinə durub olmazın həqarətin etdi, əlbəyaxa qırğına çıxdı, heç tanımadığı yaşlı qadınlara təcavüz etdi ki, məhkəmə iclasına təkcə şikayət edən şəxslər daxil olsun. Məhkəmə qapalı keçirilsin. Lakin ictimaiyyətin təkidindən sonra iclasda danışmamaq şərtilə şikayət etməyən şəxslərin dinləyici qismində buraxılmasına icazə verildi. Buna da maneələr törətdilər, zalda yer olduğu halda məhkəməyə hamı daxil ola bilmirdi. Baxşəliyeva Aygünün istəyilə mühafizəçilər bildirirdi ki, yer yoxdur və məhdud sayda şikayət etməyən şəxslərin zala girişinə imkan verilirdi.

Baxşəliyeva Aygün adını belə düz yazmadığı, “Sarsax” Teleqram qrupunda insanları alçaldır, məsxərəyə qoyur, məhkəməyə buraxmadıqları ilə öyünürdü. Ələkçinin qılverənləri bəhsə girib, çox rüsvayçı paylaşımlar edir, insanların şərəf və ləyaqətini alçaldır, namusunu ləkələyən böhtanlar yağdırırdı. Özünü “Ocos düşməni, Ocos qənimi” adlandıran bu dəstə  üzvləri məhkəmədə baş verənləri olduğu kimi millətə çatdırmaq əvəzinə, olmazın yalanlarını söyləyirdi, faktları təhrif edirdi, insanları -birinə saldırır və  daha çox şikayət etməyə sövq edirdilər.  Bu qrupun törətdiyi total murdar çirkinliklərə görə çox adam ehtiyat edib məhkəməyə gəlmirdi. 

    Baxşəliyeva Aygün efir vasitəsilə zərərçəkmişlərə 4 milyon dollar pul ziyan vurulduğunu yaydı. Halbuki, ittiham aktında 4 milyon 500 min manat ziyan yazılıb. Məhkəmədə isə aydın olur ki, bu məbləği də zərərçəkmişlər şişirdib qat-qat artıq pul tələb edirlər. Aygün efirdən, məhkəmədən narazılığını bildirdi. 4 aydır məhkəmə gedir hələ də pulumuzu ala bilmirik, nəticə yoxdur, proses uzanır. Hakim may ayında məzuniyyətə getdiyini elan etdiyi halda müsahibə verdi ki, vəkillər bilərəkdən prosesi uzadır. Hakim məzuniyyətə gedibsə vəkil nə edə bilər və vəkilin burada nə günahı var?! Baxşəliyeva hakim məzuniyyətdə olduğunu bilə-bilə niyə bütün ölkəyə yalnış məlumat verir? DİN BMCMİ qarşısında, Baş Prokurorluq qarşısında, Prezident Aparatının Qəbul İdarəsinin qarşısında aksiya keçirdi. Hər dəfə Şirkətdə məmurların adlarından istifadə edildiyini uydurdular, daha çox insanın həbs edilməsini tələb etdilər, TV-də bir çox insanların rəsmini yayıb, dələduz adlandırdılar. Halbuki bunlar dələduz dedikləri şəxslərin adı ittiham aktında məhz zərərçəkmiş qismində keçir. Öz yanlarından ittiham etdikləri adını çəkdikləri əksəriyyət adamların adı da cinayət işində keçmir. Şirkətin biznes planında 60 günə 50 faiz gəlir göstərildiyi halda efirdən 1 aya 2 qat qazanc vəd verdiklərini söylədi, istintaqda isə ittiham aktından göründüyü kimi yatrım vaxtını 1 aya 50 faiz qazanc vəd verdiyini bildirib.

       Budur müttəhim Gülarə Abdullayeva Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə dönə-dönə ucadan Baxşəliyeva Aygünün adını çəkdi və məhz Ocosun, insanların ağır duruma düşməsinə  baiskar Baxşəliyeva Aygünün olduğunu söylədi.

Bəli, Baxşəliyeva aygün ilk gündən məhkəməyə yalnız özünün dediyi kimi təkcə “əsil” zərərçəkənlər qatılmasını istəyirdi. Bu dəstənin təzyiqlərinə rəğmən şikayətçi olmayan bir qrup vətəndaş məhkəməyə gəlməkdə davam edirdi. Məhkəmədə nə baş verdiyini kimsə bilməsin deyə, yalnız Teleqramda Aygün dediyinə insanlar inansın deyə iclasa gələnlərin tam ayağını kəsmək üçün ifrat taktikaya keçdilər. Hakim Azad Məcidov məhz Baxşəliyeva barmağını tuşladığı şəxsi kürsüyə dəvət edir, həmin nəfərin şəxsiyyət vəsiqəsini alır, vəsiqənin kserosurətini özünə götürür, nəfərin şəxsi məlumatlarını soruşur, özündə qeydlər aparır, sərt kəsici sorğu-suallar edir, hədyanlar eşitdirir və amiranə mühafizəçilərin vasitəsilə zaldan çıxartdırırdı. Elə hal oldu ki, “şəxsiyyət vəsiqəni saxlayıram gələrsən məhkəməyə ifadəni verdikdən sonra götürərsən” dedi. Bəli, bu inanılmazdır, amma belə hallar çox oldu. Adı ittiham aktında olmayan, açıq məhkəmə iclasına qatılan, vəsiqəsi alınmış vətəndaş məcburi növbəti dəfə məhkəməyə gəlibdi, amma Azad Məcidov onu dindirməyib. Proses öz axarı ilə davam edib, heç dəvət edilən yada düşməyib. Vətəndaş köməkçiyə yaxınlaşıb ittiham aktında adı olmadığını, açıq məhkəməyə dinləmək üçün gəldiyini, xəstədir daha gələ bilməyəcəyini deyib təkid etdikdən sonra vəsiqəsini geri ala bilib və bir daha o tərəfə gəlməyib… Beləliklə məhkəməni izləmək istəyən şəxslər hakim tərəfindən zaldan çıxardılıb deyə bir də daxil ola bilmirlər.
Bildiyiniz kimi, 2 il ərzində insanlara total basqılar edən, təhdidləri, təhqirləri ilə insanlara sitəm edən, toplum insanların sağlamlığına zərbə vuran Hacıyeva günayı və Baxşəliyeva aygünü 14 nəfər Məhkəməyə vermişdi, həbsini tələb etmişdi. Hər ikisi etdiyi əməlləri boynuna almadı.

Nərimanov Məhkəməsində CM-nin 147, 148 mad. ilə ittiham ediləndə özünün cinayət işi üzrə çıxış edən Baxşəliyeva Aygün hakimə dedi ki, həkiməm, mənim boş vaxtım yoxdur, sosial şəbəkə nədir bilmirəm, Teleqramda qrup açmamışam, Admin deyiləm, şikayət edən şəxsləri ilk dəfədir görürəm, heç vaxt bu şəxslərin adını çəkməmişəm, bir kəlmə ağır söz deməmişəm. Aktiv şikayətçiyəm, 216 nəfər zərərçəkmiş var, şikayətçilərin qeydə alınıb dindirilməsini təşkil edirəm, hakimə kömək edirəm. Mən Ocosdan şikayət etməyim deyə, ərizəmi geri götürüm deyə mənə təzyiq edirlər. Məni məhkəməyə verən 14 nəfər adımdan Teleqram açıb, mənim adımdan yazılar yazıb, mənim səsimi montaj edib, mənim səsimlə çıxışlar edib. Teleqramda profilə mənim şəxsi telefon nömrəmi göstərib montaj ediblər. Tələb edirəm Ekspertiza təyin edilsin, mənim adımla yayılan səslərin montaj olduğunu, mənə məxsus olmadığını sübut edin”.

Ocos Məhkəməsindən  jurnalist Xədicə Qaçay qızının təqdimatında gedən efiri hər kəs xatırlayır, biabirçılıq baş verdi, demədikləri pozğun söyüşlər qalmadı. Jurnalisti də vudru bu Günay necəki bir dəfə də vurub zor tətbiq etmişdi. Bu şəkildəki Hacıyeva Günayın da eynilə Yasamal Məhkəməsində CM-nin 147, 148 mad.ilə cinayət işi üzrə işə baxılanda Hacıyeva  Günay bildirdi ki. nişanlı qızdır, İntetnetə girmir, kimisə təhqir etməyib, alçaltmayıb,  söz deməyib, heç kimin adını çəkməyib, həbs edilməsini tələb etməyib. Halbuki, TV-lərdə səsi də üzü də var və etdiyi qanunsuzluqlar göz önündədir. Hakimə deyildi ki, niş anlı qız bu cür hərəkətlər etməz, xalqa sitəm etməz! Hacıyeva Günay Məhəmmədəli qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə törətdiyi qanunsuz əməlinə görə cəzalanıb. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 manat cərimə protokolu yazılıb, indi yaxasını qurtarmaq üçün yalan ifadə verir. Günay haqqında Məhkəməyə verilən ərizənin forması tələblərə uyğun olmadığına görə işi icraata qəbul etmədilər, çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edə bilərsiniz deyildi. Özünə nişanlı qız deyən bu Günay ardı arda hamını süründürmək üçün Məhkəmələrə verdi, böhtan atdı.. O insanların içində dedi ki, Yeganəni mən həbs etdirdim, gərək mən öləm ki, o işıq üzü görə, çölə çıxa. Ocosdan şikayət etməyən hər kəsin başına oyun açacam, həbsə göndərməyənə kimi sakitləşməyəcəm. Özünü savadlı kimi qələmə verən, Əsl əvəzinə “əsil”, İnstansiya əvəzinə “distansiya”, Plyus əvəzinə “pilus” deyən  Hacıyeva Günay Azad Media TV, Toplum TV, Kanal 13 efirlərində elə belə səhvlərlə çıxış edəndə, Ocos token adı olduğu halda Birjada Ocos şirkəti yoxdur deyib, heç üzünü görmədiyi insanların adını çəkib, qəsdinə durub həbsini tələb edəndə, olmayan ağlabatmaz yalanları danışıb ajiotaj salanda, Aygünlə gecə sübhədək cütləşib canlı yayınlarda özgələrinin namusuna çamur atanda, yüzlərlə ərizələr yazanda nişanlı olduğunu  unutmuşdu?

Bu da bu!!! Cəmiyyət 2 ildir Baxşəliyeva aygünün Hacıyeva günayın dəstə ilə Məhkəmə qarşısında, TV-də, Tik-Tok, Teleqram sosial şəbəkələrdəki amansız murdar təcavüzlərinə məruz qalıb, amma hər ikisi dedi MƏN o MƏN DEYİLƏM. Bəs Baxşəliyeva Aygün Admin olduğun Teleqramda meydan oxuyurdu ki, “Sözümün ağasıyam,  qorxan sizin gününzə düşsün, gedin məni şikayət edin, mən heç kimdən qorxmuram!”. Məsuliyyətdən yaxa qurtarmaq üçün görün nələrə əl atdılar. Əməlini, özünü inkar etmək, adını danmaq, bu qorxaqlıqdan betər bir şeydir. Kütlənin içində özünü Qəhrəman elan edən, 2 il söyüşlər, təhqirlər yağdıran məhz Aygün olduğunu  Ocosla maraqlanan hər bir şəxs bilir. Teleqram qrupunda yaydığı səsli mesajlar məhz Aygünün öz səsi olduğunu Ekspertiza sübut etdikdə  baxaq özünü  dana biləcəkmi?! 

          Necə olur ki, Baxşəliyeva və qeyriləri məhkəmə iclasında hökmranlıq edir?! Bunlar vəkilə də söz atırlar, vətəndaşları qorxudurlar,  müttəhimlərin üstünə qışqırırlar, onları təhqir edirlər. Hakim də xəbərdarlıq etmir, qarşısını almır. Dəfələrlə bu qanun pozuntuları baş verəndə müttəhim Gülarə Abdullayeva Hakim Azad Məcidova etiraz edib. Hakim Gülarə Abdullayevanın fikir azadlığına kəskin reaksiya verib, mühafizəyə əmr edib ki, Gülarə Abdullyevanı salsınlar şüşənin arxasına. Mühafizəçilər Gülarə Abdullayevaya yaxınlaşanda o ucadan qışqırıb əllərini yelləyib “mənə zor tətbiq edə bilməzsiniz, əlinizi yığışdırın! Birtərəfli işə baxırsan, Etiraz edirəm hakimə! Azad Məcidov sən işə düz baxmırsan! Sən zaldakıların davranışlarına göz yumursan”.  Bu zaman məhkəmə heyəti zalı tərk edib və proses vaxtından əvvəl pozulub. Hər dəfə belə insident yaşananda hamı elə düşünürdü ki, hakim dəyişəcək, lakin  növbəti dəfə heç nə olmamış kimi Məhkəmə eyni tərkibdə işini davam edib.

         Məhkəmədə hegemonluq edən bu “zərərçəkənlərin” yaratdığı abu-hava sözün əsl mənasında Gestaponu xatırladır. Müttəhimlərin bütün hərəkətləri-hüquqları məhdudlaşdırılıb, hər hansı bir məsələyə fikir bildirmələrinə hakim imkan vermir. Hakim Baxşəliyevanın Hacıyevanın təkidi ilə  Xəyal Yahyayevə ailə üzvləri danışmağa qadağa qoydu. Xəyal Yahyayev özü  telefon danışığına qadağa qoyulmasına etiraz edib Apellyasiya şikayəti verib, lakin şikayəti  icraya yönəlmədən qalıb. Xəyal Yahyayevin anası bütün instansiyalara müraciət edib, ailə üzvləri narahat olduğunu, hamısının səhhəti pozulduğunu, Xəyalın azyaşlı uşaqları artıq dözmədiyini, ağlayıb çatladığını bildirib. Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayil Xəlilovun şəxsən qəbulunda olanda obyektivlik naminə oğlunun səsini dinləməyi, o heç kimi təhdid etmədiyini deyib. Həmin həftə Hakim Xəyal Yahyayevin Anasının sədrə ünvanladığı ərizəsini Məhkəmə iclasında elan edib və Zala müraciət etmişdi: -“Zərərçəkmişlər bir bir cavab verin, siz razısınızmı Xəyal Yahyayev ailəsilə danışsın? Nə deyirsiniz, onun anasının yazdığı ərizəni təmin edəkmi?!”. Baxşəliyeva aygün və onun dəstəsi “Xeyir, onun haqqında hökm çıxana kimi heç bir halda danışmasın.Xəstədirlər bizə nə, ailəsinə zəng etmək qadağa edilsin”- demişdi. Hakim Azad Məcidov şikayətçilərin yekdil istəyilə valideynin ərizəsini təmin etməmişdir.

Xəyal Yahyayev

Və budur 21.07.2023-cü il tarixdə Hakim Azad Məcidov məhkəmə iclasını açıq elan etdi, Məhkəmənin tərkibini açıqladı. Azad Məcidov bildirdi ki, təqsirləndirilən şəxs Xəyal Yahyayevin anası Ali Məhkəməyə şikayət ünvanlayıb, bu vaxta kimi susduğunu, hakimin hərəkətləri barədə danışmadığını, bundan sonra daha susmayacağını, Xəyal Yahyayevə danışmağa icazə verin yazdığını dedi.

       Azad Məcidov çox əsəbi halda Xəyal Yahyayevə dedi – Sən bir dur, bu nə şikayətdir, məni təhdid edirsiniz?! Susmayıb nə deyəcək? Üzünü zala tutdu və açıqlı halda  Zərərçəkmişlərdən soruşdu:- “Mən işə necə baxıram?! Siz görürsünüz, bundan artıq necə baxıla bilər?! Çalışıram, araşdırıram, əlimdən gələni edirəm, pulların verilməsini istəyirəm. Sən nə zaman adamlardan aldığın pulu gizlətdiyin yerdən çıxardıb gətirib heç olmasa bir şikayətçiyə pul versən onda səninlə başqa cür danışaram. Sənə telefonla danşmağa qadağa qoymuşam, çünki sən idin içəridən danışan! Özün də dedin ki, sənin səsindir, sən o səslə adamları təhdid edirsən. Sən Apellyasiya şikayəti yazmısan, telefon danışığı istəyirsən, o şikayətin göndərmə müddəti keçib, cavab gözləmə.”

        Xəyal Yahyayev: – Hakim, siz niyə əsəbləşirsiniz? Nə təhdid? Xeyir valideynim təhdid etmir! Anamdır, ailəm narahatdır, danışığıma qadaga qoymusunuz, o da yazıb ki, icazə verin, başqa heç nə yazmayıb, mən kimsəni təhdid etməmişəm.

       Bu zaman hakim  Azad Məcidov mühafizəyə əmr etdi : – Şüşəni bağlayın, danışmasın!!!

        Xəyal Yahyaev: – Hakim, Siz hər dəfə belə edirsiniz, danışdığım yerdə şüşəni bağlatdırırsınız, danışmağa qoymursunuz!

          Təqsirləndirilən şəxsə danışmağa imkan verməyən hakim daha sonra Saleh Həsənovdan mülki iddiaçı qismində tanınması barədə ərizə daxil olduğunu elan etdi. Saleh Həsənov iclasa gəlmədiyi üçün dedi onu tanıyanlar xəbər göndərsin ki, gələn dəfə məhkəməyə gəlsin, iclasda özünün iştirakı ilə ərizəsinə baxılacaq,

              Daha sonra zərərçəkmişlərin dindirilməsinə başlandı. Bu dəfəki  prosesdə cəmi 3 nəfər dindirildi. Pulları bilavasitə əlbəəl və kartla kimə verdiklərini dedilər. Bəzisi müttəhimlərə vermədiklərini, konkret pulu digər şəxslərə verdiyini dedi, bir neçə şəxsin adını çəkdi. Pulun onlardan zorla alındığını, pulu verməyə vadar etdiklərini bildirdilər.  Referal bonus və sair gəlirlər verilmədiyini, əksinə səhifəyə görə ödənişlər aldıqların və bu üzdən səhifəyə görə alınan pulları da, səhifədə olan  bütün pulları, nəfərlərə ödədikləri  pulları geri tələb etdilər. İstintaqda bir məbləğ məhkəmədə isə daha çox, əvvələn yazdıqlarından da artıq məbləğ tələb edən zərərçəkmiş şəxslərə həm vəkillər, həm də müttəhimlər tutarlı suallar verməyə başladı. Məlum oldu ki, Zərərçəkmiş özü şəbəkə yaradıb, adamlar cəlb edib, pul qoyub. Şirkət fəaliyyətini dayandıranda  gedib şikayət edib. İstintaqa bildirib ki, ondan 2 min pul alıblar, 2 min geri qaytarılmasını tələb etdiyini yazıb. Məhkəmədə ifadə verəndə isə bildirdi ki, 12 min dollarımı qaytarın. Niyə 12 min sual verəndə Zərərçkmiş izah etdi ki, həmin ərəfədə öz nəfərlərimə siz şikayət etməyin. Şirkət pulu verəcək, öz pulunuzu alacaqsınız demişdim. Vaxt keçdi, Şirkət vermədi deyə məcbur olub bütün nəfərlərin pulunu faizilə geri qaytarmışam. İndi nəfərlərimin də  pullarını geri istəyirəm. Zərərçəkmişə sual verildi ki, necə olur ki, özü nəfərlərinə şikayət etmə, Şirkət pulunuzu qaytaracaq deyib özü isə şikayət edib?! Öz puluna görə şikayət edəndə niyə pulunu istəyən nəfərlərini də şikayətə yönəltməyib? Bu gün Məhkəmədə nəfərlərə pul  ödəmişəm deyirsə, bunu hansı sənədlərlə sübut edir? Zərərçəkmiş bildirdi ki, özü şikayət yazanda nəfərləri ondan pul tələb etmirdi,  Şirkət vermədiyini görəndən sonra nəfərləri ondan pul istəyib o da ödəyib. Vəkil sübutları əqdləri göstərin ki, məhz nəfərlərə ödəmisiniz deyəndə zaldan Baxşəliyeva aygün və Qarayev ramin sualların verilməsinə qarşı çıxdılar. Hakim Azad Məcidov əsəbi idi, zərərçəkmişləri suala tutan vəkillərə, müttəhimə normal fikir söylməyə imkan vermədi. Azad Məcidov prosesi tələsik yekunlaşdırmağa can atırdı, dedi “suallara vaxtımız gedir, buna istintaqda baxılar”. Müttəhim Gülarə Abdullayeva hakimə dedi ki, sözümü kəsməyin, imkan verin sualları verək, tələsdirməyin! Siz hər dəfə istintaqda baxılar deyib məsələni araşdırmadan üzərindən keçirsiniz, belə etməyin! İş istintaqdan Məhkəməyə gəlib və burada məhkəmədə araşdırılmalıdır, istintaqın üstünə yönəltməklə deyil! Hara tələsirsiniz, niyə tələsdirirsiniz, imkan verin sualımızı verək,  cavab versinlər niyə düz danışmırlar! Düz danışsınlar!

         Hakim  Gülarə Abdullayvaya dedi: – Mən bu dəqiqə qərar çıxartmıram. Hələ dinləyirik, qərar qəbul etmirik. Qərar çıxaranda narazı qalsan şikayət edərsən.

          Gülarə Abdullayeva: – Elə baxın ki, sonra Qərarınızdan Apellyasiya şikayəti verməyək! Hakim, imkan verin mənim suallarıma zərərçəkmiş cavab versin!

         Bu zaman zaldan iş üzrə zərərşəkmiş şəxslərdən Baxşəliyeva Aygün İsgəndər qızı və Qarayev Ramin  Babamir oğlu yenə müttəhimin üstünə qışqırmağa başladı, vaxtımızı alırsan, danışma deyib Gülarə Abdullayevadan susmağı tələb etdilər. Baxşəliyeva və Qarayev vəkil Xavər İsmayılovanın da üstünə bozardılar, ucadan qışqırdılar, danışmaq haqqın yoxdur dedilər. İş üzrə ifadə verən şəxslərin dedikləri  əksər məqamlar daban-dabana ziddiyət təşkil etdiyindən müttəhim Gülarə Abdullayeva, həmçinin vəkillər məsələnin kökünə gedib konkret tutalı suallar verirdi və bu göründüyü kimi Baxşəliyeva aygününı və Qarayev raminin xoşuna gəlmirdi, qışqırıb vəkili də müttəhimi də susdurmağa çalışırdılar.

         Hakim Azad Məcidov proses iştirakçılarının gözü önündə vəkilin, müttəhimin aşağılanmasının qarşısını almadı, sanki onların belə davranmaları hakimin ürəyincə idi, Baxşəliyeva aygünə, Qarayev raminə irad bildirmədi, gərəkən tədir görmədi. 

       Vəkil Xavər İsmayılova özünü müdafiə edib Baxşəliyeva Aygünə irad bildirdi: -“Mən vəkiləm və prossesual qanunvericiliyə uyğun qaydada vəzifəmi icra edirəm, siz zərərçəkmişlər mənə danşmağı, sual verməyi qadağa edə  bilməzsiniz!!!”

        Baxşəliyeva aygün müttəhim Gülarə Abdullayevanın üstünə qışqıranda, danışmasına mane olanda Gülarə Abdullayeva üzünü zala tutdu və ucadan səslənərək söylədi:

– Buradan deyirəm, demişəm, eşidin bilin hamıya da çatdırın Ocosda milləti pis günə qoyan, hamını ağır duruma salan Baxşəliyeva Aygündür. İstintaqda müstəntiqlə əlbir oldu, milləti topladı, indi də Baxşəliyeva Aygün hakimlə əlbir olub işi şişirdib bu həddə çatdırıb, yalanlarını Məhkəmədə  davam edirlər.”

        Hakim müttəhim  Gülarə Abdullayevaya fikrini tamamlamağa imkan vermədi. Zaldan  da müttəhimin üstünə Baxşəliyeva Aygün qışqırırdı. Hakim  təkid etdi, Gülarə Abdullayeva fikrini yarımçıq qoydu, sualına keçid aldı.

          Məhkəmədə ifadə verən Zərərçəkmişlər  qazanc götürdüyü halda gəlir, referal bonus almadığını, pullar virtualdır, elə bele rəqəmdir, zorla vadar etdilər pulu aldılar deyib,  öz şəxsi kabinetləri bağlı olduğunu, və kabinet puluna görə Banka ödədikləri xidmət haqqını da geri tələb etdilər. Pulu əlbəəl verdikləri şəxslərin  Məhəkəməyə dəvət edilməsini, dindirilməsini, onlar istintaqa cəlb edilmədiyi üçün Məhkəmə tədbir görməsini, pulun onlardan alınıb geri qaytarılmasını israr etdilər. 10 min dollar vermişəm 25 000  dollar qayatarmalıdırlar deyən oldu. Hakim bildirdi  ki, hər kəs bilsin, bu məhkəmədə yalnız 216 nəfər adı ittiham aktında olan şəxslər və müttəhimlər dindiriləcək, başqa  pul verdiyiniz şəxslərin adını burada söyləsəniz də biz onları tanımırıq və çağırıb dindirə bimərik.

Müttəhim Gülarə Abdullayeva digər zərərçəkənə suallar verməyə başladı, yenə mübahisə yarandı. Hakim  gördü ki, hamını tələsik dindirməklə etirazlara səbəb olur, odur ki,  elan etdi iclas yekunlaşır, ayın 28.07.2023 il tarixə təxirə alınır. Məhkəmə iclası vaxtından 45 dəqiqə tez bitdi, zatən vəkil də zala bir neçə dəqiqə  gecikmişdi və  vəkil Xavər İsmayılovaya Baxşəliyeva Aygün hər zamankı kimi söz atmışdı. Bu dəfə iclas tez  bitmişdi.

           Hər kəs bilir ki, Qanunla bilə-bilə yalan ifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulub, lakin bu neçə ayda hakim dəfələrlə zərərçəkmiş şəxslərin yalan ifadə verdiyini aşkarlasa da qanunla müəyyən edilmiş qaydada tədbir görmədi. Elə sadəcə bilirsinizmi yalan ifadəyə görə məsuliyyət daşıyırsınız, məbləğləri dəqiqləşdirmədən danışmayın deyirdi.

           Sizcə Şok olay hansıdır: Gülarə Abdullayevanın Ocos baiskarı Baxşəliyeva aygün olduğunu elan etməsi? Zərərçəkmiş adı daşıyan  Baxşəliyeva aygünün Qarayev raminlə vəkilə, mütəhimə səsini kəs deyə bağırması? Hakimin zərərçəkmişlərin özbaşınalığına və qanunsuzluğuna seyrici qalması? Hakim Azad Məcidovun Xəyal Yahyayevin sakit normal tərzdə məntiqli fikir səsləndirməsini şikayətçilərin sözü ilə təhdid adlandırıb ailəsi ilə danışığdan məhrum etməsi? Zərərçəkmiş şəxslərin Şirkətə zörla cəlb edildiyini deyib, heç ödəmədiyi məbləğləri tələb etməsi? Hakimin proses iştirakçısı olmayan şəxslərə münasibəti, dindirməsi, zaldan çıxartması?

           Bəlkə bu yeganə məhkəmə prosesidir ki, müttəhimlərin və vəkillərin bütün vəsadətləri rədd olunur, yalnız zərərçəkmişlərin tələbləri yerinə yetirilir. Necə ki, ev dustaqlığında olan Yeganə Məmmədova zaldan həbs edildi, çünki bu dəstə üzvləri vəsadət verdilər ki, həbs edilsin, o çöldə qalıb onlara şikayəti geri götürmək üçün təzyiq edir! Halbuki, bu bütün təzyiqləri edən elə “zərərçəkənlərdir”.  Hakim kimin kimdən şikayət etməsinin fərqinə varmadan, yazılanları araşdırmadan Y.Məmmədovanı zaldan həbs edib Kürdaxanıya etap etdi.  Bu analoqu olmayan məhkəmə prosesidir, 35 cilddən ibarət materiallar, 216 nəfər siyahıda dindiriləsi nəfərlər və öz millətinə erməni deyib, qanına susayan, ən ağır formada şərəf və ləyaqətini alçaltmaqdan, özü dediyi kimi adamlara stress yaşatmaqdan, həbs etdirməkdən həzz alan Baxşəliyeva Aygünün pulu almaq uğrunda apardığı mübarizənin mahiyyəti.

        Bu yazıda bir məqama da toxunmaq istəyirəm. Hakim əsəbləşmişdi ki, işi yaxşı araşdırır, ona nə deyilə bilər ki…Kənardan məhkəmə necə aparıldığı daha aydın görünür. Valideyn Hakimdən şikayət etmədən, sadəcə  bir ana kimi tətbiq olunan qadağanın aradan qaldırılmasını xahiş etmişdir. Lakin davamlı qərəzli münasibətə artıq dözməyib övladının taleyindən narahat qalan ana bu dəfə Məhkəmə Hüquq Şurasına müraciət etməyə vadar oldu. Gülarə Abdullayeva hüquqşünasdır, nə qədər özünü müdafiə etsə də tək əldən səs çıxmır, Xəyal Yahyayevin anasının müraciəti onun dediklərini bir daha təsdiqləyib. Mediada müraciətin mətni dərc edilib. Yüzlərlə 178 mad. ilə işlərə baxılıb, gerçəkdən də ev dustaqlığına buraxılmaqla iş üzrə maraqlar təmin edilib. Amma Ocos işi üzrə ev dustaqlığına buraxılma barədə vəkillərin vəsadətini şikayətçilər  topa -tüfəngə tutur. Hələ də anlamaq olmur, Sizə pul lazımdırsa, o pulun alınması adamların həbsdə oturmağı ilə əldə edilmirsə, pulun alınması  müəyyən müddətə öhdəlik götürüldüyü vaxta qaytarıla bilərsə, onu vəd edirlərsə  niyə o vaxtı boşuna ötürürsünüz? Bir deneyin. Sizə “şikayətçi çox olarsa pulu daha tez alacağıq, dayanmadan şikayət edin” deyən Baxşəliyevanın yalanlarını gördünüz. İşi bərkə düşən anda özünü danan, Mən o Mən deyiləm deyən Baxşəliyeva aygünün umrunda belə deyilsiniz. Hər kəs özünü düşünsün və qərarını özü versin. Alternativ yollar arayın, bu mərhələni də onun boş yalan vədlərinə inanıb buraxsanız çətin ki, kimsə cəza çəkmə müəssisəsindən kiməsə pul verə. Bu Şirkətdən xeyir götürdüyünüz halda həqiqətləri danmağa necə vicdanınız yol verir? İnsan ömrü o qədər uzun deyil, zatən ayrılıq, ölüm, xəstəlik haqlayıb hamını, bu həyatı zindana çevirməyə dəyərmi? O artıq istədiyiniz məbləğlər neçə neçə pul gözləyənin puluna təsir etdiyini heçmi düşünmürsünüz? Valideynləri  övladları həsrətdə qoymaq insanlığa sığırmı? Bir düşünün….

          Bu müraciətlərdən, yazılardan sonra baş verən proseslər təkrarlanmamaq üzrə işə hüquq Normaları çərçivəsində baxılacağına ümid edirik. Bütün insanları narahat edən öz pullarının geri qaytarılmasıdı və bu məsələdə obyektivliyin təmin edilməsi başlıca şərtdir. Nə edirsiniz edin, amma elə edin ki, toqquşan maraqlar  kimlərinsə taleyini  qırmasın, uduzan sadə vətəndaşlar olmasın!

Səidə  HÜSEYNOVA