Ölkəmizin taxıl ehtiyatı nə qədərdir?

“Hazırda ölkədə taxıl ehtiyatı 4 aydan artıqdır. Bu da çox yaxşı göstəricidir”.

Bunu Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov parlamentdə “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

İstehlak bazarında strateji əhəmiyyətli siyahının Nazirlər Kabineti tərəfindən təsdiq edildiyini diqqətə çatdıran İdarə Heyətinin sədri siyahının 3 bloku əhatə etdiyini və ərzaq mallarının adlarının əsas götürüldüyünü deyib.

O, siyahıda 200 adda dərmanın da yer aldığını qeyd edib.