Pizza sevənlər buyursunlar

İtaliyadan çıxıb və bütün dünyaya yayılan ləzzətlərdən biri olan Pizza ölkəmizdə də çox məşhurdur. Pizzanı evdə hazırlamağın bir çox yolu var.

Nazik Xəmirli Əsl İtalyan Pizzasının tərkibi:

  • 500 qr un
  • 5 qr maya
  • yarım stəkan zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 xörək qaşığı şəkər tozu
  • 200 ml su

Sousu üçün:

  • 1 ədəd rəndələnmış pomidor
  • 1 xörək qaşığı tomat
  • 2 diş rəndələnmiş sarımsaq
  • 1 çay qaşığı rəndələnmiş soğan
  • kəklikotu
  • istiot
  • 1 xörək qaşığı ketçup(olmasa da olar)

Üzəri üçün:

  • kolbasa
  • qarğıdalı dənələri
  • rəndələnmiş holland pendiri
  • bibər

Nazik Xəmirli Əsl İtalyan Pizzasının hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un, zeytun yağı, duz, şəkər tozu və suyu töküb xəmir yoğurun. Yoğurduğunuz xəmirin üzərini örtüb 20 dəqiqəlik soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz xəmiri 4 ədəd kündəyə bölün. Xəmiri qarğıdalı unuyla oxlovla nazik yayın.
Sousu üçün bir qabda rəndələnmiş pomidor, tomat, rəndələnmiş sarımsaq, soğan, kəklikotu, istiot və ketçupu qarışdırın. Yaydığınız xəmirin üzərinə sousu yaxıb, zövqünüzə görə kolbasa, qarğıdalı dənələri, rəndələnmiş pendir, bibər düzüb əvvəlcədən 220 dərəcə qızdırılmış sobada bişirin.