Rəsul MİRHƏŞİMLİ: -“Reallıq insan dramını yaşadır”

-İsrailin Qəzzada törətdikləri hərbi cinayətdir. HƏMAS-ın qisasını körpə uşaqlardan, mülki insanlardan almağa susqun qalmaq, məscidlərin, xəstəxanaların bombalanmasını görməzdən gəlmək ədalət dünyanın iç üzüdür.

BMT və bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası 30 il yaxın müddət ərzində Qarabağla bağlı qəbul etdiyi qətnamələri icra olunmadığı kimi, 1947-ci ildən bəri BMT-nin qəbul etdiyi 8, Təhlükəszilik Şurasının qəbul etdiyi 2 qətnamə də kağız parçası olaraq qalır.

BMT-nin 1947-ci ildə qəbul etdiyi qətnamədə həmin bölgədə ərazinin 56 faizi İsrailin, 44 faizi Fələstinin olmaqla iki dövlətli modelin qurumlasını tələb edib. BMT-nin baş katibi də iki dövlətli həll prinsipini vacib sayır, Fələstin dövləti qurulmadıqca münaqişənin bitməyəcəyini söyləyib.

BMT baş katibinin sözləri də divara dəyib, geri qayıdacaq. Reallıq insan dramını yaşadır.