-Zəngəzur tarixi mütləq yazılmalıdır, gerçəklər təhrif edilmədən!
Ermənilər gəlmədir, onların sayı Rusiya imperiyasının köçürülmə siyasəti nəticəsində süni şəkildə artırılıb, bu süni demoqrafik artımı sübut edən arxiv sənədləri var ortada.
Zəngəzurun türk əhalisi ilə qaynayıb-qarışmış kürd tayfalarına isə ermənizm gözüylə yanaşmaq əsl saxtakarlıq nümunəsidir.
Zəngəzur kürdləri həmişə ermənilərə qarşı döyüşüblər. Buna ən yaxş misal Zəngəzurda 1905-1906 və 1918-1919-cu illərdə Hacısamlı kürdlərinin erməni daşnaklarına qarşı qəhrəmanlıqla döyüşməsini göstərmək olar.
Mir Möhsün Nəvvab Hacısamlı kürdlərinin 1906-cı ildə Gorusda və onun kəndlərində erməniləri darmadağın etməsindən yazır.
Tarixçinin başlıca məqsədi gerçəyi yalandan ayırmaq, faktı olduğu kimi təqdim etməkdir, bütün dövrlərin siyasi konyukturalarından təmizləyərək, əks təqdirdə yazdıqları ən yaxşı halda cismani olaraq olmadığı zamanlarda maklaturadır!