Rusiya Şimali Koreyanın iqtisadi zonasına düşdüyü iddia edilən raketlə bağlı məlumatları yoxlayır

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, hələlik heç bir təsdiq yoxdur

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko şənbə günü bildirib ki, Vaşinqton və müttəfiqləri Qərbin hərəkətlərinə cavab olaraq Pxenyanı raket buraxılışları həyata keçirməyə və hərbi hazırlıq görməyə təhrik edir.

Yüksək səviyyəli rus diplomat bildirib ki, -“Bizim mövqeyimiz hamıya məlumdur və biz bunu bir daha bəyan etdik: bütün bunlar – həm atışlar, həm də digər hərbi hazırlıqlar – ABŞ və onun müttəfiqlərinin gördüyü bu hərəkətlərə reaksiyadır. Onlar faktiki olaraq Şimali Koreyanı öz mövqelərində müdafiə gücünü möhkəmləndirməyə təhrik edirlər”.

Şimali Koreya iyulun 12-də özünün “Hwasong-18” bərk yanacaqlı qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirib. Koreyanın dövlət mərkəzi xəbər agentliyinin (KCNA) verdiyi məlumata görə, buraxılışa şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. Sınaq buraxılışı zamanı ICBM 1001 km məsafədə uçdu və Yapon dənizinə düşdü.

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı iyulun 13-də keçirilən iclasında bildirib ki, raket sınaqları respublikanın BMT Nizamnaməsində möhürlənmiş özünümüdafiə hüququnu təzahür etdirir.

2017-ci ildən Şimali Koreya 5500 km və ya daha çox mənzilli 14 raketi sınaqdan keçirib. Belə sınaq buraxılışlarının əksəriyyəti (yeddi) 2022-ci ildə həyata keçirilib. Bu il Şimali Koreya dörd belə sınaq buraxılışı həyata keçirib.