Salyan sakinini elektrik cərəyanı vurub öldürdü

Bax-az.info Respublika Baş Prokurorluğuna istinadən bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Salyan Elektrik  Şəbəkəsində montyor işləyən 1975-ci il təvəllüdlü Elnur Kazımovun rayonun Seyidlər kəndi ərazisində elektrik naqilini dəyişərkən cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.