Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Livandan ayrılmaq istəyən vətəndaşları üçün təşkil olunan çarter uçuşunun bu gün Beyrut – Çukurova – İstanbul marşrutu üzrə həyata keçiriləcəyi bildirilib. Qeyd edək ki, 878-i Türkiyə, 24-ü Şimali Kipr Türk Respublikası vətəndaşı və bu qrupların yaxınları daxil olmaqla, ümumilikdə 966 nəfər Livandan təxliyə edilmişdi. Xarici İşlər Nazirliyi mənbələri Türkiyənin Livandan 2 min 120 əcnəbinin təxliyəsinə yardım etdiyini də açıqladı. Onların Türkiyə üzərindən hava yolu vasitəsilə öz ölkələrinə çatmasına kömək edildiyi qeyd olundu. Təxliyə dəstəyinin ABŞ, Rusiya, Böyük Britsniya, Kanada, Yaponiya, Livan və Fələstin də daxil olmaqla 21 müxtəlif ölkə vətəndaşlarına göstərildiyi bildirildi.