Volodimir Zelenski: ”Həm İsraili, həm də Fələstini tanıyırıq”

Ukrayna prezidenti Volodimir Zelenski İsrail və Fələstini tanıdıqlarını bildirib və hər iki tərəfi Qəzzada münaqişəyə son qoymağa çağırıb. Sinqapurda keçirilən ”Şanqri-La” dialoq sammitində iştirak edən Volodimir Zelenski deyib: “Ukrayna hər iki dövləti, İsraili və Fələstini tanıyır və İsraili dayandırmaq, bu münaqişəyə son qoymaq və mülki əhalinin əzabını yüngülləşdirmək üçün hər şeyi edəcək”. İyunun 1-də Sinqapura sammit ilə əlaqədar səfər edən Volodimir Zelenski burada Şərqi Timor və Filippin liderləri ilə görüşüb.

Ukrayna lideri samitdə Çini iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna sammitinə qatılmamaqda və digər ölkələri iştirak etməməyə təşviq etməkdə ittiham edib