Vüqar BAYRAMOV: -“Yaxın dövrlər üçün Füzuli şəhərinə 8000 nəfər əhalinin köçürülməsi planlaşdırılır”

Bu gün Füzuli rayonunda vətəndaş qəbulu keçirdik. Füzuli rayonun işğaldan azad olunan ərazilərində tikinti və yenidən qurma işləri sürətlə davam etdirilir. Çox yaxın zamanlarda Füzuli şəhərində 267 ailənin və ya 1300-ə yaxın vətəndaşımızın məskunlaşması gözlənilir. Yaxın dövrlər üçün Füzuli şəhərinə 8000 nəfər əhalinin köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi 8,9 hektar ərazini əhatə edir. Ərazidə 846 mənzildən ibarət 38 bina inşa edilməkdədir. Binalar 4, 5, 6 və 7 mərtəbəli nəzərdə tutulub. Mənzillərin 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlıdır. Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının, qazanxananın, elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub. Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək.

Çox yaxın zamanda vətəndaş qəbullarını Füzuli şəhərində keçirəcəyimizə əminliklə Bakıya qayıdırıq.