Bu gün hava necədir?

İyulun 23-ü saat 9:00-a olan faktiki hava

Bax-az.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki,iyulun 23-ü saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights